Adventist İnkişaf və Yardım Agentliyi (AİYA)
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum.
Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur.
== Missiya ==
ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir.
== Məqsəd ==
ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir:
Ərzaq Təhlükəsizliyi
İqtisadi İnkişaf
İlkin Səhiyyə xidməti
Fövqəladə vəziyyətin idarə edilməsi
Əsas təhsil
ADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir.
Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.